AzərbaycanİranXƏBƏRLƏR

“Bir qrup Azərbaycan Respublikasının İranla münasibətlərinə zərbə vurmaq istəyir”

Azərbaycan Respublikasında siyasi ekspert Zərdüşt Əlizadə deyib: Azərbaycan Respublikasında İranla münasibətlərə zərbə vurmaq istəyən qüvvələr mövcuddur.

Əlizadə Salamnews İnformasiya Agentliyi ilə müsahibədə “Müasir Cənubi Azərbaycanın Sabahı” mövzusunda konfransın keçirilməsinə etiraz olaraq İran tərəfindən notanın verilməsi barəsində deyib: Belə toplantıların keçirilməsi İranın ərazi bütövlüyünə qarşıdır. Buna görə İranın Azərbaycana etiraz notası dərk ediləsidir və bu İranın təbii haqqıdır.

Əlizadə əlavə edib: Misal üçün fərz edək ki, Rusiyada Azərbaycanda yaşayan etniklərin himayəsi istiqamətində toplantı keçirilsin. Bu ölkənin dövlət Dumasının üzvləri bu toplantıda iştirak etsinlər və Azərbaycanın bölünməsi məsələsi bu toplantıda müzakirə olunsun. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal Rusiyaya etiraz notası verəcək.

Bu siyasi ekspert söyləyib: Əgər biz İranın ərazi bütövlüyünü məchul vəziyyətlə üzləşdirən qüvvələrə qonaqpərvərlik göstərməklə onlara şərait yaradırıqsa, bu ən azı Azərbaycan hökumətinin imicinə zərbə vurur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu