Rus mənbələr Suriyada kimyəvi silahlardan istifadə edənlərin Ərəbistanın himayəsində olan xüsusi bir terror qrupu olduğunu bildirib.
Rusiyanın diplomatik mənbələri bildiriblər ki, bu hücum təhrikedici məqsəd daşıyıb və xüsusi bir dəstə tərəfindən həyata keçirilib. Səudiyyə vəhhabilərindən ibarətdir olan bu dəstənin üzvləri İordaniya ərazisindən istifadə edərək, Suriyaya daxil olublar.
Bu mənbələr həmçinin bildiriblər ki, bir çox suriyalılar medialarda bu hadisə ilə bağlı gedən yanlış xəbərləri və həqiqətlərin təhrif olunmasını nifrətlə qarşılayırlar.
Elə buna görə də, suriyalılar və hətta bəzi müxaliflər belə, bu hücumu maliyyələşdirən, hücum amillərini himayə və təchiz edən xarici tərəflər barədə informasiyaları beynəlxalq tərəflər və xarici diplomatların ixtiyarına verməyə çalışırlar.