Elmar Məmmədyarovun səfər üçün sionist rejimi seçməsi düşündürücüdür
Azərbaycan Respublikası məsələləri üzrə ekspert Elmar Məmmədyarovun işğal olunmuş Fələstinə səfərini sionist rejimin İran ilə düşmənçiliyi istiqamətində adlandırıb.
Fərdad Əfzəli-Təbrizi sionist rejim başçılarının antiİran proqramlarda iştirakla bağlı Bakı rəsmilərinə olan davamlı tövsiyələri və təkidlərinin aşkar olmasının ardınca Elmar Məmmədyarovun səfər üçün işğal olunmuş Fələstini seçməsi düşündürücü məqamlara malikdir.
Əfzəli-Təbrizi deyir: Xüsusilə bir məsələyə diqqət göstərmək lazımdır ki, Azərbaycan Respublikası xarici işlər nazirinin sionist rejim başçıları ilə görüşmək üçün işğal olunmuş ərazilərə ilk səfəri elə bir şəraitdə baş tutur ki, Bakı son zamanlar İsrail rejiminin Azərbaycana, Rusiyanın Ermənistana satdığı silahlar qədər modern hərbi təchizatlar və silahlar satmaqdan imtina etməsindən xeyli narahat olub. Amma işğalçı rejimin öz mövqeyini dəyişmək fikrində olmadığı bir şəraitdə Bakı sionist rejimin maraqlarını təmin etmək istiqamətində növbəti addımını atır. Yəni, öz xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfər etməsi ilə razılaşıb. Bu, o deməkdir ki, sionistlər Azərbaycana hakim kəsilmiş dairəni öz nüfuzları altına alıblar.
Fərdad Əfzəli-Təbrizi əlavə edib: Bakının hazırkı şəraitdə öz xarici işlər nazirini işğal olunmuş Fələstinə göndərməsində diqqəti özünə cəlb edən təsirli amillərdən biri də, Türkiyə hökumətinin Azərbaycan hökumətinə olan məntiqdən uzaq təsiridir. Hazırda ABŞ-ın istəyi və Suriyada Əsəd hökumətinin devrilməsi proqramı çərçivəsində Təl-Əviv ilə yenidən əlaqələrini bərpa edən Ankaranın bu hərəkəti səbəb olub ki, Bakı da “Qonşudan Geri Qalma” prinsipini əsas tutaraq, tələm-tələsik öz xarici işlər nazirini işğal olunmuş Fələstinə göndərir. Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənov da bu məsələ ilə bağlı öz sevincini gizlətməyərək, Türkiyə-sionist rejim əlaqələrinin yaxşılaşmasını Bakının mənafeyinə uyğun adlandırıb. İndi gözləyək görək, Bakı öz mənafeyini nədə görür?
