İran İslam Respublikasının İmdad və Nicat Təşkilatının sədri dünən axşam yerli vaxtla saat 9-da zəlzələdən zərərçəkənlərin nicatı əməliyyatının başa çatdığını bildirib.
Mahmud Müzəffər nicat əməliyyatının başa çatmasının səbəbini isə artıq dağıntılar və uçqunlar altında kimsənin qalmaması adlandırıb.
M.Müzəffər zəlzələ ilə bağlı yekun hesabatında bildirib: Uçqunlar və dağıntılar altında qalanların xilasetmə əməliyyatı başa çatıb. Amma, digər sahələrdə imdad və xilasetmə əməliyyatları davam edir.
Hesabatda həmçinin deyilir: Zəlzələdən zərərçəkənlərin məskunlaşdırılması əməliyyatı da başa çatıb və təqribən 1000 ədəd çadır qurulub.
İranın İmdad və Nicat Təşkilatının sədri əlavə edib: Təqribən 700 mənzil dağılıb və 850 nəfər də yaralanıb. Xilasedicilər yaralılara ilkin tibbi yardımların göstərilməsi ilə məşğuldurlar.
Müzəffər sonda deyib: Uçqunlar və dağıntıların təmizlənməsi əməliyyatının başa çatması ilə zəlzələdən zərərçəkənlər arasında ərzaq paylarının bölüşdürülməsinə başlanılıb. Artıq, dağıntılar altında qalan yoxdur.
Dünən İranın cənubunda yerləşən Buşehr ostanının Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. İndiyə kimi zəlzələnin 55-dən çox dalğası qeydə alınıb.
