DünyaXƏBƏRLƏR

İran və İraq Ərvənd çayının təmizlənməsi üzrə anlaşma əldə ediblər

İran İslam Respublikasının İraqdakı səlahiyyətli səfiri Ərvənd çayının tezliklə təmizlənəscəyindən xəbər verib.

İranın İraqdakı səlahiyyətli və fövqəladə səfiri Həsən Danaifərd ötən gün (cümə axşamı 19 dekabr) İRNA ilə müsahibədə deyib: İraqın keçmiş diktatoru Səddam rejimi tərəfindən İrana qəbul etdirilmiş müharibədən 25 ilin keçməsindən sonra, strategiya sayılan su yolu olan Ərvənd çayının təmizlənməsinə tezliklə start veriləcək.
Danaifərd açıqlayıb: Bu qərar İraq baş naziri Nuri Malikinin Tehran səfərində İranın yüksəkrütbəli məsulları ilə müzakirələrin aparılmasından sonra çıxarılıb.
İranın İraqdakı səfiri təkidlə bildirib: İki ölkə tərəfindən təyin edilən ekspert və təhlükəsizlik qrupları, çayın təmizlənməsi həmçinin müharibə dönəmində Ərvənd çayına batan gəmilərin çıxarılması üzrə hazırlıq işlərini yekunlaşdırmaqdadırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu