ATƏT müşahidəçi missiya göndərməyəcək
“ATƏT Parlament Assambleyası Azərbaycan Respublikasının Prezident seçkilərinə müşahidəçi missiyası göndərməyəcək.”
Bunu ATƏT Parlament Assambleyasının Büro üzvü, Azərbaycan Respublikası Parlamentinin deputatı Azay Quliyev bildirib.
Deputat deyib: “Görünür, assambleyanın rəhbərliyində Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı ciddi narahatçılıq olmadığından azsaylı heyət göndərməyə də ehtiyac duyulmayıb”!!
Digər tərəfdən xəbər verilib ki, Avropa Parlamenti də Azərbaycanda prezident seçkisini izləməyə müşahidəçi göndərməyəcək. Qərarı Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun çıxardığı bildirilir.
Siyasi təhlilçilər bu qərarları Azərbaycan Respublikasında gələn Prezident seçkisinin ciddi qəbul olunmadığının göstəricisi sayırlar.