AsyaDünyaİranXƏBƏRLƏR

İranlı tədqiqatçıların yeni nanozərrəcikləri ilə xərçəngin istiliklə müalicəsi

Şiraz Universitetinin maddələr üzrə mühəndisləri istiliklə müalicədə istifadə olunan katyon albuminə bağlanmış “maqnetit” elektromaqnit nanozərrəcikləri sintez etməyə müvəffəq olublar.

Bu tədqiqatda öncə “maqnetit” elektromaqnit nanozərrəciklər ammonyakın kənarında iki və üç tutumlu dəmir duzlarının çökdürülmələri üsulu ilə istehsal olunublar və sonra onların səthləri katyon albumin vasitəsi ilə islah edilib, daha sonra da əldə edilmiş bu nanozərrəciklərdən istiliklə müalicədə istifadə olunubdur.
“Nano” saytının yazdığına görə, “maqnetit” elektromaqnit nanozərrəcikləri aralı elektromaqnit meydanında yerləşərkən nanozərrəciklər güclü istilik mənbələrinə çevrilirlər ki, şiş hüceyrələrini dağıtmağa qadirdirlər.
Şiraz Universitetinin maddələr mühəndisliyi üzrə doktorluq tələbəsi və bu layihə üzrə tədqiqatçı deyib: Bu nanozərrəciklərdən eyni vaxtda xərçəng xəstəliyinin diaqnozu və müalicəsində istifadə etmək olar. Belə ki, bu nanozərrəciklərdən xərçəng xəstəliyinin müalicəsi istiqamətində istiliklə müalicədə, istilik istehsalı mənbəyi, həmçinin məqsədyönlü əczaçılıqda kimyəvi müalicə dərmanının daşıyıcısı və MRI vasitəsilə xərçəngin diaqnozunda contrast yaratma amili kimi istifadə etmək mümkündür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu