Yaraqlı terrorçular Suriyanın şərqində yerləşən Həskə şəhərində bir neçə nəfəri oğurlayıblar və onların talelərinin naməlum olmasına görə, adam oğrularının onları qətlə yetirmələri qorxusu var.
Terrorçular bu şəxsləri Əl-Qaidənin tabeliyində olan Cibhətunnəsr ilə əlaqədə olmaq ittihamı ilə oğurlayıblar.
Son aylarda xüsusən silahlı terror qruplarının nəzarəti və ixtiyarında olan məntəqələrdə bu qrupların özləri arasında da ixtilaf və parçalanma halları artıbdır.
Bu ixtilaf və döyüşlər “Azad Suriya Ordusu”nun tabeliyində olan terror qrupları və ya Cibhətünnəsr adlı kafir cihad qrupu, eləcə də bu qruplardan asılı olan terror qrupları arasında nəzərə çarpır.
Digər tərəfdən, Suriyadakı yerli mənbələr bildiriblər ki, türk tacirlər Suriyanın neft təchizatlarını oğurlamaqda davam edirlər.
Onlar bu təchizatların dəyərini 450 milyon Suriya lirəsindən yuxarı bilirlər.