AsyaDünyaFələstinXƏBƏRLƏR

Qəzzaya qurudan, dənizdən və havadan hücumlar davam edir

Dünən gecə 24.00 ‘te atəşkəsi 24 saat müddətlə uzatdığını açıqlayan işğal rejiminin hərbi qüvvələrinin bu gün (27 iyul bazar) səhər saat 10.00’ dan etibarən Qəzzaya qurudan, dənizdən və havadan hücumları yenidən başlatdığı xəbər verildi.

Dünən səhər 08.00 ilə axşam 20.00 arasında 12 saat müddətlə insani məqsədlə və qarşılıqlı ittifaqla atəşkəs təmin edilmiş, müddətin dolmasından sonra işğal rejimi tək yanlı olaraq atəşkəsi əvvəl dörd sonra da 24 saat müddətlə iki dəfə uzatdığını açıqlamış, lakin müqavimət gücləri işğalçı əsgərlərin çəkilməsini və evlərindən çıxarılanların geri dönmələrini zəmanət etməyən atəşkəsin özləri üçün bir etibarının olmayacağını bildirmişdi. Ona görə işğal güclərinin tək tərəfli uzatma qərarlarının özlərini bağlamayacağını bildirərək işğal güclərinin hədəflərinə istiqamətli mərmi hücumlarını başlatmışdı. Gecə yarısı işğalçı əsgərlərin arasına düşən bir mərmidən görə ağır yaralanan Barak Rafael Degorker adlı bir əsgərlərinin də səhər həyatını itirdiyi əsgəri səlahiyyətlilər tərəfindən rəsmi olaraq açıqlanmışdı.

Sionistlərə aid media orqanlarından Yediot Aharanoot adlı qəzetdə iştirak edən bir şərhdə Netanyahu hökumətinin başlatdığı döyüş çıxmazında çıxmaq üçün bir qapı axtardığı ancaq Fələstin tərəfinin buna razı olmadığı iddia edildi. Işğal rejiminin rəsmi şərhlərində indiyə qədər 43 əsgərlərinin öldürüldüyü etiraf edildi. Gerçək itkinlərinin bunun çox üstündə olduğu təxmin edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu