AsyaDünyaXƏBƏRLƏR

Ərəbistan xalqı Ali-Səud rejiminin repressiv hərəkətlərini pisləyib

Ərəbistan xalqı bu ölkənin şərqində etirazçıların repressiyanı pisləyib.

Ərəbistanın şərqində yerləşən Qətif şəhərinin sakinləri bu şəhər küçələrinə axışaraq, Ali-Səud rejimi qüvvələrinin hücumlarında etirazçıların repressiya olunması və qətlə yetirilməsinə etiraz olaraq, aksiya keçiriblər.

Qətif şəhəri sakinləri şüarlar səsləndirərək, Ali-Səud hərbçilərinin hücumlarında qətlə yetirilən etirazçıların ailələrinin dərdinə şərik çıxdıqlarını bildiriblər.

Çərşənbə axşamı günü də Ərəbistanın siyasi məhbuslarının ailələri bu ölkənin mərkəzində yerləşən Bəridə şəhərinin Əl-Həbib xəstəxanası qarşısında toplaşaraq, yaxınlarının azad olunmalarını istəyiblər.

Ərəbistan vətəndaşları bir ildən artıqdır ki, Ali-Səud rejiminin ziddiyyətli siyasətlərinə etiraz və islahatların aparılması tələbi istiqamətində dinc aksiyalar keçirirlər. Lakin onların bu aksiyaları Ali-Səud qüvvələrinin repressiyaları ilə üzləşmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu