Belçikanın Təhlükəsizlik Təşkilatının məlumatına görə, 4 və ya 5 min Avropa vətəndaşı İraq və Suriyada terrorçu qruplaşmalarına qoşulublar.
Bu Avropa vətəndaşlarının Suriya və İraq xalqlarının qətlində əlləri vardır.
Belçika Təhlükəsizlik Təşkilatının məlumatına əsasən, təxminən bu ölkənin 200 vətəndaşı hazırda Suriya və İraqda döyüşür.
Fransanın Le Jurnal De Dimansh qəzeti də bundan öncə Suriyada avropalı terrorçuların sayının artdığını bildirmişdi.
Bu qəzet bu şəxslərin fəaliyyətinə Avropa ölkələrinin təhlükəsizlik qurumlarının nəzarət etməsinin çətin olduğunu qeyd etmişdi.
Belə bir halda qərbin təhlükəsizlik qurumları bildiriblər ki, Suriya prezidenti Bəşşar Əsəd iqtidarda qalasıdır.
Digər tərəfdən terrorçuların ardıcıl şəkildə Suriya ordusuna məğlub olması ilə çoxlu sayda terrorçu Suriyanı tərk edib. Belə ki, ötən iki gün ərzində Suriyanın şimalında bu ölkə ordusu qarşısında məğlubiyyətdən sonra 1 terrorçu Türkiyəyə qaçmağa məcbur olub.