Mehr Xəbər Agentliyinin xəbərinə görə, İmam Hamanei, Hz. Məhəmməd (s.a.v) və Hz. İmam Sadiqin (ə) müqəddəs doğum günü münasibəti ilə İran İslam Respublikası Nizamı səlahiyyətliləri və 28. İslami Vəhdət Konfransında iştirakçılarını qəbul etdilər.
İmam Hamanei bu görüşdə, “Müsəlman xalqların yalnız bir araya gəlmələri belə İslamın və İslami ümmətin xeyrinədir” dedilər.
Dünya Müsəlmanları Və mustazafları İmamı İmam Hamanei, ayrıca bu ilki Ərbəin mərasimində Kərbəlada milyonlarla müslümanınn bir araya gəldiklərini xatırladaraq, “Şiə və sünni arasında ayrılıq və nifaq salmağa çalışan əllərin, hamısının qaynağını İslam düşmənlərinin casusluq təşkilat və təşkilatlarında axtarmaq lazımdır, yəni İngiltərənin MI6 ilə əlaqəsi olan bir Şiə, gerçək bir Şiə deyil və nə də Amerika CIA’inin kuklası olan bir Sünni gerçək bir sünnidir, bəlkə bunların ikisi də İslam düşmənidir “deyə danışdılar.
İmam Hamanei sözlərinin davamında isə, İranın xarici siyasətini müsəlman və qonşu ölkələr ilə dostluq qurma üzərində qurduğunu xatırladaraq, “Amma bəzi bölgə ölkələri öz xarici siyasətlərini İran ilə düşmənçilik əsasında qurdular, bu böyük bir səhvdir və ağıl və hikmətə də ziddir” şərhində etdilər.