
Misirin baş naziri Suriyaya istənilən hərbi müdaxilənin qəbuledilməz olduğunu deyərək, Suriya böhranının danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib.
Hişam Qəndil İraqın dövlət televiziyası ilə müsahibədə vurğulayıb: Biz Suriyaya hərbi müdaxiləyə qarşıyıq və bu mövzu üçün dinc həll yolu tapılmalıdır.
H.Qəndil əlavə edib: Suriyada axıdılan hər damla qan bizi kədərə boğur. Mən müxtəlif zamanlarda dəfələrlə Suriyaya səfər etmişəm və bilirəm ki, ora tam təhlükəsiz idi.
İraqda səfərdə olan Misirin baş naziri bu ölkə rəsmiləri ilə görüşüb, danışıqlar apardıqdan sonra bu gün Bağdadı Qahirə istiqamətində tərk edib.
