SuriyaXƏBƏRLƏR

Əl-Nosrə Cəbhəsinin başçısı Suriyanın qərbində öldürüldü

Suriya medialarının verdiyi məlumata görə təkfirçi Əl-Nosrə Cəbhəsi adlı terrorçu qruplaşmanın başçısı Suriyanın qərbində öldürüldü.
Cümə günü( 25 oktyabr) yayımlanmış məlumatlara əsasən Əl-Nosrə Cəbhəsinin başçısı Məhəmməd Əl-Covlani Suriyanın qərbində yerləşən Laziqiyyə vilayətində öldürülüb.
Hələ bu hadisənin detalları haqda heç bir məlumat yayılmayıb.
Əl-Nosrə Cəbhəsi bütün Suriyada həm mülkilər həmdə dövlət müəssisələrini hədəfə alan bir çox ölümcül bomba yerləşdirmələrin amili olubdur.
Suriya ölkəsi 2011-ci ilin mart ayından ölümcül çaxnaşmalar və gərginliklər ərsəsinə çevrilibdir. Bir çox faktlara əsasən Qərb qüdrətləri və onların regiondakı müttəfiqləri xüsusilə Qətər, Ərəbistan və Türkiyə Suriyadakı yaraqlıları himayə edirlər.
BMT-nin statistikalarına əsasən Suriyada baş vermiş çaxnaşmalar və toqquşmalar zamanı indiyə qədər 100 mindən çox insan ölüb, milyonlarla nəfər isə yaralanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu