DünyaXƏBƏRLƏR

Sionist rejim anti-İran koalisiyası təşkil etməyə çalışır

Sionist rejimin hökumət nümayəndələri bəzi irticaçı ərəb ölkələrlə İrana qarşı koalisiya təşkil etmək barədə düşünürlər.
Qüdsdə çıxan Əl-Minar qəzetinin yazdığına görə, Qərbin İranla nüvə müzakirələri prosesindən nigarançılıq keçirən Sionist rejimin hökumət nümayəndələri İranın nüvə müzakirələrini çıxılmaz vəziyyətlə üzləşdirməyi qarşıya məqsəd qoyublar . Bunun üçün də bəzi irticaçı ərəb ölkələrlə o cümlədən, Ərəbistan ilə İrana qarşı koalisiya təşkil etmək fikrindədirlər.
Məlumatlı qaynaqların qənaətincə, bu danışıqlar bütün sahələrdə cərəyan etməkdədir.
Daxil olan məlumata əsasən, Tələviv bir neçə müddət bundan qabaqdan ərəb ölkələri İranın nüvə fəaliyyətləri əleyhinə təhrik edir və Tehranı atom bombası istehsal etməkdə süçlayır və beləliklə İranı məntəqə ölkələrinə qarşı təhdid mənbəyi göstərməkdə dəridən-qabıqdan çıxır.
Həmin xəbər qaynaqları qeyd ediblər : Sionist rejimin hökumət nümayəndələri İrana qarşı qoyulmuş sanksiyaların ləğv ediləcəyindən və Tehranın nüvə proqramı haqda qərbin İranla barışacağından qorxurlar.
Yüzlərlə nüvə başlığına malik İsrail rejimi iddia edir ki, İran atom bombası istehsal etməyə çalışır. Halbuki İran dəfələrlə belə bir yalan iddianı rədd edib və bəyan edib : İranın nüvə fəaliyyətləri sülhməramlıdır və hərbi hədəflərə xidmət istiqamətində deyil.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu