Vaşinqton 10 pilotsuz casusluq təyyarəsinin Türkiyəyə verilməsini ləğv edib.
Türkiyə tərəfindən sionist rejim casuslarının bir qrupunun kimliyinin ifşa olunmasına dair xəbərlərin yayımlanması ardınca, Vaşinqton Pridator adlı 10 pilotsuz təyyarənin bu ölkəyə təhvil verilməsini ləğv edib.
Bu informasiya qaynağı bu təyyarələrin Türkiyəyə təhvil verilməməsini ABŞ və Türkiyə münasibətlərinə başqa bir zərbə adlandırıb. Mənbənin qənaətincə, bunlara səbəb Türkiyənin son aylarda İran və Həmasa yaxınlaşmasıdır.
ABŞ-ın bəzi KİV-i ötən həftə Türkiyə tərəfindən sionist rejimin bəzi casuslarının adlarının ifşa olunduğunu bildirib və iddia ediblər ki, Türkiyə bu ölkə ərazisində İsrailin informasiya əməliyyatlarını kəsmək niyyətindədir.
Bu iddialar elə bir halda irəli sürülüb ki, Türkiyə bu məsələni rədd edib.