Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoyun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Məğrur Bədəlsoy «Əlillər evi»ndə yaşayanların problemlərini mətbuata açıqlayıb.
O, əlillərə və şəhid ailələrinə qarşı edilən ədalətsizlikdən söz açaraq, verilən güzəştlərin mənimsənildiyini vurğulayıb.
Əlil və şəhid ailələri Nəqliyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə dəfələrlə şikayətlər etsələr də onların problemlərinə əlac edənlərin tapılmadığını deyirlər. Onlar ölkədə əlillərə qarşı ayrı seçkikiyə etiraz əlaməti olaraq fevral ayının 8-də Bakıda mitinq keçirəcəklərini bildirib. Mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə də müraciət olunacağı vurğulanıb.