İranXƏBƏRLƏR

Ruhullah Axundzadə İran rəsmilərindən gileylənib

Azərbaycan Respublikasının zindanında çətin durumla üzləşmiş İslam Partiyası Astara rayon komitəsinin sədri Ruhullah Axundzadə İran İslam Respublikası rəsmilərindən gileylənib.

Bərk xəstəliyinə görə Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində yatan məhbus islamçı göndərdiyi məktubda yazıb : “İran İslam Respublikasının rəhbərlərinə giley-güzar, irad bildirməklə Azərbaycanın dindar təbəqəsini düşündürən bir sualla müraciət etmək istəyim. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadənin may ayında İrana işgüzar səfərində niyə Ramiz Mehdiyev və Allahşükür Paşazadədən soruşmadınız ki, Azərbaycanda həbs edilən dindarların, ruhani alimlərin günahı nədir? İran rəhbərliyi Azərbaycanda tutulan dindar təbəqəyə harada, necə, nə qədər silah-sursat verib? Harada, necə bunlara təlim keçib ki, İlham Əliyev hakimiyyətini yıxıb yerinə keçsinlər, Qubada, digər bölgələrdə yaşayan yəhudiləri ölkədən qovsunlar, terror etsinlər?”

Məhbus islamçı İran rəsmilərinə xitabən əlavə edib ki, əgər bu sualları etmişsinizsə, onda Azərbaycan rəsmilərinin cavabları niyə ictimaiyyətdən gizlədilir?”

Ruhullah Axunzadə İran rəsmilərinə ünvanladığı müraciət də deyib: “Biz dindarlar “Quran”da əmr edilənləri hakimiyyətin yadına salır və deyilənlərə əməl etməyənlərə həddini tanıtdırmaqla dünyəvi borcumuzu yerinə yetirir, şərlənir, həbs edilir və ya ölkədən qovuluruq. Sizlər isə heç bir şey olmamış Azərbaycan Respublikası rəsmiləri ilə öpüşüb, qucaqlaşırsız.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu