DünyaXƏBƏRLƏR

Qərb: Əsəd hakimiyyətdən kənarlaşdırılmayacaq

Suriyada müxalifətdə olan qüvvələrə Qərb tərəfindən ünvanlanan mesajda elan olunub: Suriya məsələsinin həllinə dair təşkil ediləcək beynəlxalq konfransdan sonra prezidenti Bəşşar Əsəd hakimiyyətdən kənarlaşdırılmayacaq.

Röytersin, Suriyada müxalifətə yaxın olan məlumatlı qaynaqları vurğulayıblar: Qrəb ölkələri tərəfindən Suriya müxalifətinə gələn ismarıcda qeyd olunub: Gələn ay Dəməşqdə ,Suriya məsələsinin həllinə dair beynəlxalq görüşün təşkili ardınca Prezident Bəşşar Əsəd heç bir vəchlə hakimiyyətdən kənarlaşdırılmayacaq və bu ölkənin azlıq təşkil edən ələviləri keçid dövlətin bir hissəsi olaraq hakimiyyətdə qalacaqlar.
Sözü gedən qaynaqların məsul şəxsləri Röytersə deyiblər: Bu mesaj ötən həftə Londonda təşkil edilən Suriyanın dostları görüşündə Suriyada müxalifətdə olan koalisiyanın başçılarına elan edilibdir. Bu addım Suriyada ifratçı qrupların güclənməsi və onların sərhəd keçidlərinə həmçinin Türkiyə sərhəd yaxınlığında azad ordunun silah anbarına istila tapmaları ardınca olub. Ərəbistanın yüksək vəzifəli rəsmiləri ilə əlaqədə olan Suriya müxalifət koalisiyasının yüksək rütbəli bir üzvü bəyan edib: Londondakı qərbli dostlarımız bizə izah etdilər ki, hazırda Əsədin hakimiyyətdən kənarlaşdırılmasına imkan vermək olmaz, çünki bu məsələ hərc-mərcliyə səbəb olar eləcədə ifratçıların Suriyada nəzarəti ələ almalarına gətirib çıxarar.
Onun sözlərinə görə çox güman ki B. Əsəd, Suriyada hakimiyyət dövrünün gələn il başa çatmasından sonra bu ölkədə prezident seçkilərinin keçirilməsinə hazırlaşacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu