
Ərəbistanlı fəallar tərəfindən çəkilmiş şəkillər göstərir ki, Ər-Riyad inkişaf və yenidənqurma layihəsi bəhanəsi ilə Məscid əl-Haramın bir çox müqəddəs hissəsini viran edib.
Çəkilmiş kadrlar göstərir ki, fəhlələr qazıntı qurğuları ilə Məscid əl-Haramın şərq hissəsində Osmanlı və Abbasi sütunlarını dağıtmaqla məşğuldurlar.
Məscid əl-Haram ən müqəddəs islam məkanıdır. Çünki bu məkan bütün müsəlmanların üz tutub səcdə etdiyi Kəbənin kənarında yerləşir.
Sökülməkdə olan hissələr qədimliyi bir neçə yüz ildən çox olan bu müqəddəs məscidin son qalan hissələridir.
Məlumatlara əsasən viran olunan sütunlardan biri Həzrət Məhəmmədin (s.ə.s) səmavi meraca başlanmasını xatırladan məkandır.
Osmanlı və Abbasilər dövründəki Məscid əl-Haramın sütunlarının çoxunun üzərinə peyğəmbər səhabələrinin adları həkk olunmuşdur.
Səudiyyə Ərəbistanı rejimi rəsmiləri iddia edirlər ki, bu dağıntılar Məscid əl-Haramın tutumunun artırılması üçün neçə milyard dollarlıq bir layihənin istiqamətindədir.
Səudiyyə Ərəbistanında Ben Laden tikinti şirkəti bu layihənin tenderində qalib gəlib.
Ben Laden şirkəti ABŞ və Səudiyyə Ərəbistanı İş və Əmək Şurasının fəal üzlərindən biridir. Bu şirkət ərəbistanlı və amerikalı investorların mənafeyinin qorunması, həmçinin onların geosiyasi mənafeyinin qorunması istiqamətində əsaslı rolu oynayır.
Səudiyyə Ərəbistan kralı Məlik Abdulla vəhhabi baş ruhani və Məscid əl-Haramın imamı Əbdürrəhman əl-Sədisi bu layihə üzrə vəzifəyə təyin edib.
Tənqidçilərin sözlərinə görə bu layihə qərb və İsrail rejiminin iş gündəminin bir hissəsidir. Onlar islamın qədim, tarixi və mədəni irsinə qəsdən hörmətsizlik üçün Ali-Səud rejimini tənqid edirlər.
Ziyalılar Ər-Riyadın islam abidələrini təhqir etməklə bağlı bu hərəkətinin Ali-Səud rejiminin vəhhabiliklə münasibətlərinin nəticəsi adlandırırlar.
İslam İrsi Tədqiqat Müəssisəsinin müdiri İrfan əl-Ələvi Məscid əl-Haramın daxilindən şəkilləri aldıqdan sonra deyib ki, bu məscidin genişləndirilməsi bu tarixi və müqəddəs məkanların dağıdılmaması ilə mümkündür.
Ələvi deyib: Bu önəmli məsələdir. Çünki bu məscidin sütunlarının əksəriyyəti peyğəmbərin oturduğu və ibadət etdiyi məkanları müəyyənləşdirir.
“Bu tarixi keçmiş hal-hazırda məhv olmaqdadır. Yenicə müsəlman olan bir şəxs heç vaxt bu nişanələri görməyəcək. Çünki bu xüsusi yerləri göstərmək üçün artıq bir şey yoxdur. Məkkə və Mədinəni genişləndirmək olar və eyni zamanda bu məscidin və ətraf məkanların tarixi irsini qorumaq mümkündür” –deyə Ələvi söyləyib.
Səudiyyə Ərəbistanı rejimi oxşar layihələr bəhanəsi ilə Nəbi Məscidinin ətrafında dünyanın ən qədim 3 məscidini də dağıtmaq niyyətindədir.
Səudiyyə Ərəbistanı rejimi rəsmiləri indiyə qədər Osmanlı dövrünün üslubu ilə işlənmiş bu tarixi məscidlərin qorunması üçün heç bir layihədən söz açmayıblar.
Fars Körfəzi Müəssisəsinin bildirdiyinə görə, Ər-Riyad ötən 20 ildə satış və iaşə obyektləri və lüks otelləri və sairəni genişləndirməklə Məkkə və Mədinədə min illik binaların 95%-i dağıdıb.
Ərəbistan rəsmiləri Məscid əl-Haramın da təsir aldığı Cəbəl Ömər binasının inşası zamanı islam peyğəmbərinin dünyaya göz açdığı və Xədicənin mənzili və bir çox qədim məkanları kitabxana və ümumi tualetə çevirmişdir.
Belə bir halda qeyd edək ki, Səudiyyə Ərəbistanının dini polisi bu dini məkanların dağıdılmasını şənlik edib.