AfrikaXƏBƏRLƏR

Mursinin müxalifləri və tərəfdarları arasında küçə döyüşləri baş verə bilər

Misirin inqilabçı-milli qrupları koalisiyası bir çağırışda bu ölkə xalqından istəyibdir ki, Qahirədə Əl-Təhrir və Əl-İttihadiyyə meydanlarında milyonluq iştirakla, İxvanül-Müslimin yaxud Müsəlman Qardaşların tərəfdarlarının əsas meydanlara daxil olmalarına mane olsunlar.

Bu koalisiyanın xalq fəaliyyətləri üzrə koordinatoru Əmr Əl-Vəziri deyib: Misirin inqilabçı-milli qrupları koalisiyasının xalq fəaliyyətləri katibliyi, bütün xalq hərəkətləri üzrə koordinasiya komitələrindən dəvət edibdir ki, bu gün milyonluq iştiraka zəmin hazırlamaq üçün Əl-Təhrir və Əl-İttihadiyyə meydanlarında toplaşsınlar.

Əmr Əl-Vəziri sonra deyib: Bu koalisiya bu gün cümə günü Cümə Namazından sonra Əl-Təhrir və Əl-İttihadiyyə meydanlarında iştirak və aksiyaların davamını və Müsəlman Qardaşların kənar edilmiş hökumətinin tərəfdarları olan qrupların hər cür iştiraklarının qarşısını almaq istəyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu