DünyaXƏBƏRLƏR

Ukraynada müxaliflər Kənd Təsərrüfatı Nazirliyinin binasını ələ keçiriblər

Ukraynada hökumət əleyhinə etiraz aksiyasında iştirak edənlər paytaxt Kiyevin baş prospektində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin binasını ələ keçiriblər.

“Espilna Esprava” hərəkatının rəisi Aleksandr Danilyuk bu gün öz Feysbuk səhifəsində yazıb ki, bu hərəkatın üzvləri Kənd Təsərrüfatı Nazirliyinin Kreşçatik xiyabanında yerləşən binasını ələ keçiriblər.
Ukrayna prezidenti Viktor Yanıkoviç isə bu gün bir fərman ilə Andrey Kliuyevi Prezident Aparatının sədri vəzifəsinə təyin edib.
Yanıkoviç başqa bir fərman ilə Kliuyevi Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.
Ukrayna hökuməti ilə müxalifət arasında danışıqlar indiyə kimi heç bir nəticə verməyib.
Ukrayna prezidenti Viktor Yanıkoviçin Avropa Birliyi ilə iqtisadi əməkdaşlıq sənədini imzalamaqdan çəkinməsi müxaliflərinin kəskin etirazına səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu