Səudiyyə Ərəbistanında qadınlar məhbus qadınların himayə olunması üzrə aksiya keçirərək onların azadlığını tələb ediblər.
Əl-Qəsim vilayətində Burəydə şəhərinin qadınları aksiya keçirərək məhbus qadınlar, xüsusilə də 15 il həbsə məhkum olunan Hilə əl-Qəsiri himayə etdiklərini bildirib və onların azadlığını tələb ediblər.
Burəydə şəhərində Casir məscidindən başlanan bu aksiyada iştirak edən qadınlar şüarlar səsləndirərək Ali-Səud rejiminin qadınlar, xüsusilə Hilə əl-Qəsirə qarşı zülmünü pisləyib və bu zalım hərəkətlər barəsində sükutun mənfi nəticələri ilə bağlı xəbərdarlıq ediblər.
Aksiya iştirakçıları bütün vətəndaşların əl-Qəsir və ərəbistanlı məhbusların hamısını dəstəkləməsini istəyiblər.
Xatırlatmaq lazımdır ki, Ərəbistanın cəza məhkəməsi vəkilinin müvəkkilini müdafiə etməsinə icazə verilməyən məhkəmə iclasında ərəbistanlı qadın Hilə əl-Qəsiri 15 il həbsə məhkum edib.