Dünya katoliklərinin rəhbəri 8-lər qrupunun başçılarından istəyib ki, Suriyadakı kobudluqlara son qoymaq üçün əllərindən gələni etsinlər.
Papa 1-ci Fransis Suriyadakı kobudluqlara son qoyulmasını istəyib.
O, 8-lər qrupunun iclasını keçirən ölkə kimi İngiltərənin baş naziri- Devid Kamerona ünvanladığı məktubda ümidvarlıq edib ki, bu iclas Suriyada döyüşlərin tez bir zamanda dayandırılması və daimi atəşkəsin yaradılmasına kömək edə bilsin.
Dünya katolikləri rəhbərinin müraciətində 8-lər qrupunun üzvlərindən istənilibdir ki, döyüşən tərəfləri müzakirələr masası arxasına çəkmək istiqamətində səy göstərsinlər.
Papa Fransis döyüşən tərəflərdən istəyib ki, ədalətli sülhün yaradılması üçün bəzi tələblərindən əl çəksinlər.