İranın xarici işlər naziri Cənubi Afrikanın xarici işlər naziri ilə görüşdə onunla ən mühüm beynəlxalq məsələlər və ikitərəfli əlaqələrdəki dəyişikliklər ətrafında fikir mübadiləsi aparıb.
Məhəmməd Cavad Zərif Əməkdaşlıqlar üzrə Müştərək Komissiyanın cənubi afrikalı tərəfi kimi xanım Naşa Baneyə bu iclasın on birinci dövrünün təşkili və keçirilməsinə görə təşəkkür edərək, Nelson Mandella üçün sağlamlıq diləyib.
O, həmçinin xanım nazirə Cənubi Afrika prezidenti tərəfindən cənab Ruhaninin andiçmə mərasimində iştiraka görə minnətdarlıq edərək, bütövlükdə Afrikanın, xüsusilikdə isə Cənubi Afrikanın İran İslam Respublikasının xarici siyasətində tutduğu yeri açıqlayıb və iki ölkənin ikitərəfli, regional və mühüm qlobal məsələlər barədəki baxışlarını mühüm dəyərləndirib.
Cənubi Afrikanın xarici işlər naziri- xanım Naşa Bane bu görüşdə Zərifi və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq, bir daha ölkəmizdə prezident seçksinin keçirilməsi və cənab Ruhaninin seçilməsi, həmçinin Zərifin İranın xarici işlər naziri təyin edilməsini təbrik edib. O, İran İslam Respublikasını böyük demokratiyalardan biri kimi qeyd edib və ikitərəfli əməkdaşlıqların gücləndirilməsi və iki tərəfin nümayəndə heyətlərinin gediş-gəlişlərinin artırılması vacibliyini vurğulayaraq, İran-Cənubi Afrika həmkarlılqlarını iki ölkə xalqlarının maraqları istiqamətində və mühüm dəyərləndirib.