AzərbaycanXƏBƏRLƏR

Siyavuş Novruzov və İsa Qəmbərin 18 avqust mitinqi ilə bağlı fərqli baxışları

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Demokratik Qüvvələrin Milli Şurasının “Azad və ədalətli seçkilər” şüarı ilə keçirilən 18 avqust mitinqi haqda deyib: Bu aksiya mitinq səviyyəsində yox, daha çox kiçik bir etiraz aksiyası həddində olub. Bu da müxalifətin məğlubiyyətinin nişanəsi habelə, Milli Şuranın ömrünün başa çatdığını göstərən nöqtə idi.

Siyavuş Novruzov əlavə edib: Azərbaycan xalqı bu dəfə də öz siyasi şüurunu nümayiş etdirərək, bu aksiyaya qoşulmadı və müxaliflərə inanmadığını göstərmiş oldu.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Yeni Müsavat qəzeti ilə müsahibədə Milli Şuranın birinci mitinqini müsbət dəyərləndirərək, deyib: İsti bir yay günündə, günorta çağı keçirilən bu mitinqə minlərlə nəfərin böyük həvəslə qatılması müsbət dəyərləndirilməlidir. Mitinqdə iştirak edənlərin izdihamı, mitinq iştirakçıları arasında gənclərin üstünlük təşkil etməsi və mitinqdə səsləndirilən şüarlar və əllərdə tutulan plakatlar xalqın dəyişiklik ardınca olduğunu göstərir.

Müsavat Partiyasınn başqanı İsa Qəmbər kütləvi aksiyaların və xalq hərəkatlarının davam edəcəyini bildirərək, demokratik cəbhənin qələbə çalacağını deyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu