Qəzzə Zolağında minlərlə fələstinli Həmas və Fəth təşkilatları arasında ixtilafların başa çatması və barışığın əldə olunmasını bayram edib.
Minlərlə fələstinli Qəzzədə Fələstin parlamenti binasının yaxınlığındakı meydana, həmçinin Qəzzə Zolağının cənubunda yerləşən Xan Yunus və Rəfəh şəhərlərinin meydanlarına toplaşıb, əllərinə Fələstin bayrağını alaraq, fələstinli qrupların birliyini vurğulayıbdır.
Fələstinlilər öz avtomobilləri ilə küçələrə çıxıb, Fəth ilə Həmas-ın yeddi ildən sonra bir daha barışmalarını şənlik ediblər.
Fələstinlilər habelə antisionist şüarlarla bu rejimə qarşı müqavimətin davam etməsinə təkid ediblər.
İsmayıl Həniyyə dünən Həmas və Fəth təşkilatları heyətlərinin görüşünün sonunda keçirilən mətbuat konfransında milli barışığı və iki təşkilat arasında ixtilafların bitdiyini elan edərək, qarşıdakı beş həftə ərzində milli birlik dövlətinin təşkilindən xəbər verib.