DünyaSuriyaXƏBƏRLƏR

ABŞ-ın Suriyaya hücum etməməsinin ən böyük məğlubu

Bu şəxsi ABŞ-ın Suriyaya hücum etməməsinin ən böyük məğlubu adlandırmaq lazımdır. O bu hücumun baş tutması üçün çoxlu səy və məsləhətləşmələr aparıb, Suriyadakı terrorçular üçün milyardlarla dollar dəyərində silah satın alıb, ölüm-qalımını qumarını bu məsələ üzərində qoyub. Lakin vəziyyət onun istədiyi kimi olmadı.

Əbulfitnə; Bu şəxsi Suriyada silahlı terrorçuların sərkərdəsi, ərəb ordularının məhv edilməsinin dizayneri, bəlkə də sionistlərin böyük xilaskarı da adlandırmaq olar. Əfqanıstandan Qafqaza, İraq, Livan və Suriyaya qədər silahlı terrorçu qruplaşmaların başçısı olduğunu dəfələrlə etiraf edən Əbulfitnə “havadan yağan” dollarla bir ölkə üçün onların hamısını istifadə edə bilər. Bu şəxsi ABŞ-ın Suriyaya hücum etməməsinin ən böyük adlandırmaq olar.

Bəndər Bin Sultanın adı həmişə regiondakı təhlükəsizlik və terrorçuluq mürəkkəb cinayət işlərində hallanmaqdadır. Digər qardaşları və əmisi övladlarından çox Səudiyyəlilərin hökumətində böyüyən bu kəniz oğlu bilir ki, buna görə heç bir irəliləyişi olmayacaqdır və krallıq taxtına əyləşə bilməyəcəkdir. Ona görə, bütün var-qüvvəsini region xalqının qətliamı və kütləvi qırğını üçün sərf edir, başqa bir müharibənin başlanmasına çalışır. Lakin bu dəfə uğur qazana bilmədi.

Vladimir Putinlə görüşdə rəsmi şəkildə Qafqazdakı silahlı terrorçu qruplaşmaları istiqamətləndirdiyini və Soçidə keçiriləcək qış oyunlarına onların hücumuna mane olacağını deyən Bəndər Bin Sultan Ər-Riyadın regional və beynəlxalq müttəfiqləri, xüsusilə də ABŞ və Fransanın təzyiqi ilə çalışırdı ki, Suriyaya hücumla terrorçu qruplaşmaların əldə edə bilmədiyini əldə etsin.

İran və Rusiyanın vasitəçiliyi ilə Suriyanın kimyəvi silahlarına nəzarətlə bağlı sayıqlıqla irəli sürülən təklifi Dəməşq qəbul etdi. Bu isə, səudiyyəlilərin Suriyanı məhv etməklə bağlı bütün kartlarını məhv etdi. Səudiyyəlilər üçün qalacaq yeganə şey, terrorçularla, sionist rejimlə əlbir olmaq, nəhayət ərəb ölkələrindən birinin məhvi üçün səy göstərməklə bağlı utanc olacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu