Ərəbistanda bir təbliğatçı bu ölkəyə hakim rejimi gərgin vəziyyətin və təhlükəsizlik xarakterli siyasətlərin davam etməsinin mənfi nəticələri barəsində xəbərdarlıq edib.
Şeyx Salman əl-Oudə Ərəbistandakı gərgin vəziyyətin davam etməsinin mənfi nəticələri barəsində xəbərdarlıq edərək bu ölkə hökumətinin siyasətlərini təhlükəsizlik xarakterli adlandırıb.
Şeyx Salman əl-Oudə Ali-Səud rejiminin təhlükəsizlik xarakterli siyasətlərini pisləyərək Ərəbistan hökumətindən istəyib ki, təsirli islahat layihəsi tənzimləsin və məhbuslara zərər çəkdiklərinə görə kompensasiya ödəsin.
Əl-Oudə Ərəbistanın müəssisə və qurumlarındakı geniş şəkildə olan korrupsiya barəsində xəbərdarlıq edib və bu vəziyyətə son qoyulması və onun səbəblərinin araşdırılmasını zəruri adlandırıb.
Ərəbistanda istənilən etiraz xarakterli aksiyaların keçirilməsinə qadağanın tətbiq olunması və etirazçılarla kobud şəkildə davranılmasına baxmayaraq, islami oyanış başlandıqdan sonra bu ölkənin müxtəlif bölgələrində etiraz xarakterli fəaliyyət və aksiyalar müşahidə olunmaqdadır.