FələstinXƏBƏRLƏR

” Qəzzənin mühasirəsinin aradan qaldırılmasının vacibliyi”

İşğal olunmuş Fələstin ərazilərində humanitar məsələlər üzrə koordinator Qəzzə zolağının vəziyyətinin ağırlığı haqda xəbərdarlıq edib və sionist rejimin bu zolağa qəbul etdirdiyi mühasirənin aradan qaldırılmasını istəyib.

 
Ceyms Ravli Qəzzədə verdiyi mətbuat konfransında belə qeyd edib: Yanacaq çatışmazlı və elektrikin kəsilməsi ağır nəticələrə gətirib çıxaracaq ki, onun qarşısında susmaq olmaz, belə ki, hazırda bu məntəqə hər gün on altı saat işıqsız qalır.
O, bildirib ki, Qəzzə, içməli suya ehtiyaclıdır. O, əlavə edib: Kanalizasiya sularının mənzillərə daxil olması problemlər yaradıbdır və bu məsələ ümumi sanitariya üçün böyük faciəyə gətirib çıxaracaq.
Ravli həmçinin söyləyib: Qəzzə əhalisi üçün həyati əhəmiyyət daşıyan Rəfəh keçidinin bağlanması, tibb ləvazimatları, dərman və tədris vəsaitlərinin idxalı, eləcə də ailəvi və social əlaqələrə mənfi təsirlər göstəribdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu