Əfqanıstandakı xarici qüvvələrin ölkənin şərqinə qarşı hava hücumlarında ən azı 20 nəfər həlak olub.
Əfqanıstan ordusu çərşənbə günü bir bəyanat yayaraq, xarici qüvvələrin Xost vilayətində Musa Xil məntəqəsinə qarşı hava hücumu həyata keçirmələrindən xəbər verib.
Bu hücum zamanı 20 nəfər həlak olub, 9 nəfər də yaralanıb.
Çərşənbə axşamı günü də Qəndəhar vilayətində oxşar hava hücumu zamanı 4 nəfər həyatını itirmişdi.
ABŞ və müttəfiqləri bu hücumların Taliblərə qarşı olduğunu iddia etsələr də, hücumların qurbanları əsasən sivil insanlardırlar.
