ABŞ, İngiltərə və Almaniya xarici işlər nazirləri Cenevrə anlaşmasının icrası barəsində razılığın əldə olunmasını təsdiq edərək, bu məsələdən razılıq ediblər.
Con Kerri, Uilyam Heyq və Frank Valter Ştaynmayer ayrı ayrılıqda bəyanatlar yayaraq, Cenevrə anlaşmasının icrasına 20 yanvar tarixindən başlanması xəbərini təsdiq ediblər.
ABŞ dövlət katibi bildirib ki, artıq diplomatlar və ekspertlərə fürsətin verilməsi zamanı gəlib çatıb.
Frank Valter Ştaynmayer də Cenevrə anlaşmasının icraya qoyulmasından razılıq edərək, bu anlaşmanı irəliyə doğru qətiyyətli addım adlandırıb.
İngiltərə xarici işlər naziri Uilyam Heyq də öz növbəsində Cenevrə anlaşmasının icraya qoyulması zamanı barədə razılığın əldə edilməsini təsdiq edərək, deyib: bu anlaşmanın 20 yanvardan icraya qoyulması İranın nüvə işinin dinc yolla həlli istiqamətində atılan mühüm bir addımdır.
Bundan öncə ABŞ prezidenti Barak Obama da İran və 5+1 Qrupu arasında əldə olunmuş Cenevrə anlaşmasının icrası barədə razılığın əldə olunmasından razılıq etmişdi.
