AsyaAvropaDünyaİranXƏBƏRLƏR

ABŞ Konqresinin 70 demokrat nümayəndəsi İrana qarşı sanksiyaların gücləndirilməsi ilə müxalifət edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının 70 demokrat nümayəndəsi bir bəyanat yayaraq, İrana qarşı sanksiyaların hər cür şiddətləndirilməsi ilə öz müxalifətini elan edib və Tehranla diplomatiya və dialoqun dəstəklənməsini istəyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat nümayəndələri öz bəyanatlarında diplomatik məsləhətləşmələr və müzakirə yolu ilə tam və qətiyyətli himayələrini elan ediblər.
Bəyanatda deyilir ki, İran ilə altılar qrupu arasında birgə layihə üzrə son müzakirələr ətraflı və təsdiqolunası bir razılaşmaya çatmaq imkanını yaradıbdır.
Demokrat nümayəndələr bu bəyanatda bildiriblər ki, hazırkı şəraitdə hər cür sanksiya layihəsinin təklif olunması Ağ Evlə beynəlxalq birliyə xələl gətirə bilər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat nümayəndələri öz bəyanatlarında bildiriblər ki, Amerika Konqresinin üzvləri müzakirələr gedişində sabotaj törətmək üçün ifratçıların əllərinə bəhanə verməməlidirlər.
Amerika Senatı və Nümayəndələr Palatasında sionist rejim lobbisindən asılı olan ifratçı nümayəndələrin bir qrupu Cenevrə razılaşmasının əksinə olaraq, sanksiyaların gücləndirilməsi üçün öz anti-İran hərəkətlərini davam etdirir.
Amerika prezidenti- Barak Obama bildirib ki, İran ilə nüvə müzakirələrinin davam etdiyi zamanadək konqresin İran əleyhinə sanksiyaların artırılmasına dair hər cür qərarına veto qoyacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu