TürkiyəXƏBƏRLƏR

Türkiyə rəsmisi Suriyadakı ifratçı qruplaşmaları Ankara üçün hədə adlandırıb

Türkiyə xarici işlər nazirinin müavini ilk dəfə olaraq etiraf edib ki, Suriyada əl-Qaidəyə bağlı terror qruplaşmaları Türkiyə üçün təhdid hesab olunurlar.
Ömər Önhon Avropa Birliyi Parlament komitəsinin üzvləri ilə keçirilən iclasda iddia edib ki, Ankara terrorçu qruplaşmaların üzlərinin Türkiyə torpağından Suriyaya girişinə mane olmaq üçün çalışır.
Ömər Önhonun sözləri elə bir haldadır ki, Suriya hökumətinə müxalif sürgün fəallar əl-Qaidə ilə əlaqəli olan xarici terrorçuların Suriyaya daxil olmaq üçün Türkiyədə təşkilatlandırıldığını deyirlər.
Türkiyə Suriyada böhranın başlanması ilə Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrlə birlikdə suriyalı etirazçı və terrorçuları dəstəkləyib. Lakin yenilərdə Türkiyə rəsmiləri öz xarici siyasətlərini dəyişib və etirazçılara qarşı çıxışlar edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu