İran İslam Respublikası xarici işlər naziri İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini təyin edib.
Məhəmməd Cavad Zərif bu gün İbrahim Rəhimpuru öncəki vəzifəsində saxlanılması şərti ilə İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib.
Rəhimpur hal hazırda İranın xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavinidir ki, bundan sonra eyni zamanda İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi olacaq.
İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İran il Xəzəryanı ölkələr arasında bu su hövzəsinin hüquqi statusu ilə bağlı müzakirələrin aparılmasında məsuliyyət daşıyacaq. Eyni zamanda bu istiqamətdə daxili nazirliklər və təşkilatlar arasında koordinasiya işlərini tənzimləyəcək.