DünyaXƏBƏRLƏR

Etirazçılar Braziliya Xarici İşlər Nazirliyinin binasına hücum ediblər

Braziliyalı etirazçılar hökumətin siyasətlərinə olan etirazlarının davamında bu ölkənin Xarici İşlər Nazirliyinin binasına hücum ediblər.

Təxminən 800 min braziliyalı hökumətin siyasətlərinə etiraz olaraq bir daha bu ölkənin böyük şəhərlərində aksiyalar keçiriblər.

On minlərlə etirazçı bu aksiyaların davamında paytaxt Braziliyada Konqres, Ali Məhkəmə, eləcə də Prezident Aparatının binaları ətrafında yürüş edib.

Braziliya polisi San Paulo, Rio De Janeyro, Braziliya və digər şəhərlərdə etiraz aksiyalarını yatırmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Korrupsiya, nəqliyyat haqqının artırılması, 26 milyard dollardan çox vəsaitə şamil olan Futbol üzrə Konfederasiyalar Kuboku, 2014-də Dünya Çempionatı və 2016-da Yay Olimpiya oyunları ilə bağlı Braziliya hökumətin çoxlu xərcləri braziliyalıların etirazına səbəb olmuşdur.

Braziliyanın önəmli şəhərlərində qəzəbli etirazçıların aksiyalarının davam etməsi Futbol üzrə Konfederasiyalar Kubokunun oyunlarını öz təsiri altına almışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu