AsyaDünyaİraqXƏBƏRLƏR

İraq polisi Bağdadın şimalında “Əl-Qaidə” döyüşçülərini mühasirəyə alıb

“Əl-Qaidə” döyüşçüləri cümə günü İraqın paytaxtı Bağdadda polis məntəqəsini tutmağa cəhd ediblər.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, intensiv atışma davam edir.

Polisin məlumatına görə, radikallar iki avtomobillə Bağdadın şimalındakı Ət-Tarmiya rayonunda təhlükəsizlik qüvvələrinin mənzil-qərargahına hücum ediblər.

Onlar binanın mühafizəçilərinə atəş açıblar. Lakin polis döyüşçülərin binaya girməsinin qarşısını alıb. Köməyə gəlmiş DİN bölmələri ekstremistləri mühasirəyə alıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu