Sionist şəhərcik sakinləri Əl-Əqsa məscidinə qarşı hücumlarının davamında bir daha bu məscidə hörmətsizlik ediblər.
Bu gün İsrail rejimi hərbçilərinin geniş dəstəyi ilə, sionist şəhərcik sakinləri Babül-müğaribə qapısından Əl-Əqsa məscidinin ərazisinə hücuma keçiblər və bu hücumun ardınca məsciddə çaxnaşma yaranıb.
Dünən də 500-ə yaxın sionist, İsrail rejimi hərbçilərinin dəstəyi ilə Yəhudilərin dini mərasimlərini keçirmək bəhanəsi ilə İordan Çayının Qərb Sahilinin şimalında Nablos şəhərinin şərqində yerləşən Yusif nəbinin (ə)məqbərəsinə hücum edərək fələstinli gənclərlə toqquşublar.
Bu məlumata görə, ifratçı yəhudilərdən ibarət bir qrup, sionist rejimin nazirlər kabinetinə məktub ünvanlayaraq, bu rejimdən Babül-müğaribə qapısından əlavə Əl-Əqsa məscidinin digər qapılarını da yəhudilər və turistlərin üzünə açmasını istəyiblər.