AsyaAvropaDünyaXƏBƏRLƏR

Həzrət İmam Zamanın (əc) səadətli viladəti mübarək olsun

Bəşəriyyət aləminin xilaskarı Həzrət Mehdinin (əc) səadətli viladətinin ildönümü günü yenə də gəlib çatmışdır. Lakin gözlər Həzrətin zühurunu gözləyir və gözünü yollara dikmişdir. Dünya azadələri, ədalətsevərləri mövla və rəhbərin zühurunun intizarındadırlar.

Bu gün 15 şəban bəşəriyyət aləminin xilaskarı Həzrət İmam Zamanın (əc) səadətli viladətinin gecəsidir.

İran prezidenti cənab Həsən Ruhani Həzrət Vəliyyi-Əsrin (əc) səadətli viladətinin ildönümü günü ərəfəsində deyib: İslam dünyası və regionun vəhdətinin düşmənləri bekar oturmayıblar, ixtilaf, etnik və tayfa qarşıdurması üçün çoxlu zəminlər hazırlayıblar və buna mane olacaq vasitə bizim ayıq-sayıqlığımızdır.

15 şəbanın gəlib çatması ilə eyni zamanda İran şəhərləri, xüsusilə də İranın ziyarət şəhərləri xüsusi ab-havaya malikdir. Vətəndaşlar və o imamın intizarında olanlar xüsusi şövqlə 15 şəbanın istiqbalına gedir və məddahlıq və mövludxanlıqları yayımlayaraq o həzrətin viladətinin ildönümünü əziz saxlayırlar. Qumda Cəmkəran məscidi də milyonlarla zəvvara ev sahibliyi edir.

2 milyon 700 mindən çox iranlı İmam Zamanın (əc) adı, ləqəbləri və künyələri ilə adlandırılmışdır.

Həzrət Vəliyyi-Əsr (əc) və sonuncu ilahi höccət 255-ci hicri qəməri ili 15 şəbanda Samirra şəhərində və İmam Həsən Əsgərinin (ə) ailəsində dünyaya göz açdı. O 12-ci imam və əziz peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) yer üzərindəki sonuncu vəsisidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu