DünyaXƏBƏRLƏR

Monrealda minlərlə nəfər dini geyim qadağasına etiraz edib

Kanadanın Monreal şəhərində minlərlə nəfər ictimai məkanlarda dini geyimlərə qarşı qadağaya etiraz edib.

İRİB-in məlumatına görə, ictimai məkanlarda dini simvol və geyimlərdən istifadəyə qarşı Kanadanın Kvebek əyalətinin layihəsi Monrealda minlərlə nəfərin etirazına səbəb olub.

Kanadanın Kvebek əyaləti sekulyar ictimaiyyətin gücləndirilməsi üçün hökumət proqramlarına əsasən icazə verməyəcək ki, ictimai məkanlarda insanlar islam hicabı, yəhudi araqçını və yaxud digər dini simvollardan istifadə etsinlər.

Bu qadağa bu həftənin əvvəllərində ifşa olunan layihəyə əsasən icra olunur.

Müxaliflər bildirirlər ki, bu layihə hüquq azadlıqları və dini azlıqlar və miqrantların hüquqlarının rəsmən tanınması ilə ziddiyyətdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu