Nizamın Məsləhətini Belirleme Təşkilatı başçısı Ayətullah Haşimi Rəfsəncani, İran islam respublikası nizamının nəaliyyətlərində xalqın roluna vurğu etdi.
Nizamın Məsləhətini Belirleme Təşkilatı NMBK başçısı Ayətullah Haşimi Rəfsəncani, Çərşənbə günü İranın Kiş adasında sahibkarlar, investorlar və mədəni və iqtisadi fəallarla görüşündə İran islam respublikası nizamının nəaliyyətlərində xalqın rolunun böyük olduğunu ifadə edərək, İslam respublikası nizamı düşmənlərinin bütün komplolarına qarşı İran millətinin hüquqlarını əldə etmək uğruna direndiğini qeyd etdi.
Ayətullah Rəfsəncani Kiş və Geşm kimi İran adalarının, Fars körfəzinin bir incisi olduğunu ifadə edərək, bu adaların İran iqtisadiyyatının canlılığında əhəmiyyətli rol ifa etdiklərini vurğuladı