Ermənistan-Azərbaycan cəbhə xəttində çıxan qarşıdurmada Azərbaycan ordusundan bir əsgər həyatını itirdi.
Azərbaycan Müdafiə Nazirliyindən edilən şərhdə, Ermənistan ordusunun cəbhə xəttində yenidən provokatif fəaliyyətlərə başladığı ifadə edildi.
Şərhdə, dünən axşam saatlarında yaşanan qarşıdurmada, erməni əsgərlərin açdığı atəş nəticəsində Azərbaycan ordusundan Sahil Məmmədov adlı əsgərin şəhid olduğu bildirildi.
Şəhid əsgərin ailə və yaxınlarına başsağlığı diləklərinin çatdırıldığı şərhdə, qanlı təxribatın məsulunun Ermənistan rəhbərliyi olduğu qeyd edildi.