Yüzlərlə Yəhudi immiqrant dünən (26 mart Çərşənbə axşamı) səhər saatlarından etibarən Yəhudilər müqəddəs sayılan Hamursuz Bayramı münasibəti ilə Məscidi-Əqsa məscidinin qapılarının qarşısında qruplar halında gediş edir.
Əl-Əqsa Vəqf və Mədəniyyət Mirası Müəssisəsi, İsrail Parlamenti Knesset Başçı Köməkçisi Moshe Feiglin’in Yəhudilər müqəddəs sayılan Hamursuz Bayramı qeyd etmələri çərçivəsində sabah Məscidi-Əqsaya basqın təşkil edilməsi çağırışında olduğunu eşitdirərək basqının gətirib çıxaracağı nəticələrdən işğal rəhbərliyinin məsul olacağını açıqlamışdı.
Yəhudi məskunlaşmaçıların xaxamlar yoldaşlığında Məscidi-Əqsaya girərkən yanlarında dua kitabları gətirdiklərini, bəzən ictimai və bəzən də gizlicə Məscidi-Əqsa məscidinin həyətində ayin etdiklərini ifadə edən Əl-Əqsa Müəssisəsi, dünən Məscidi-Əqsaya basqın təşkil edən Yəhudi məskunlaşmaçıların xüsusi paltarlar geydiklərini və sözdə məbəd üçün dua etdiklərini söylədi.
