İraqXƏBƏRLƏR

İraqçı: Ümidvaram Nizaminin məqbərəsi daha gözəl kitabələrlə bəzədilsin

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, Azərbaycan və İran sənətkarlarının əməkdaşlığı ilə Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin divarlarına bu görkəmli şairin şerləri ilə bəzədilmiş daha gözəl kitabələr həkk edilsin.

Abbas İraqçı bu gün Tehranda öz həftəlik brifinqində əlavə edib: Yerlərindən çıxarılan kitabələr məsələsində biz ümidvarıq ki, bu kitabələr təmir və bərpa işləri ilə əlaqədar yerlərindən çıxarılıb və ümidvarıq onlar daha gözəl əsərlər ilə əvəz edilsinlər. Azərbaycandakı dostlarımızla davamlı olaraq əlaqə saxlayaraq, bu məsələnin tez bir zamanda və ən yaxşı formada həll edilməsinə çalışırıq. Fars dilində yazıb-yaratmış bu şair bütün məntəqəyə aiddir. Həm İran, həm Azərbaycan, həm də bütün bəşəriyyətə məxsusdur. Bəşəriyyətin əbədi irsi sayılır və ona hörmət, əslində İran, Azərbaycan və nəhayət dünya mədəniyyəti və incəsənətinə hörmət sayılır.
İraqçı daha sonra deyib: Ümidvaram bu hadisə məqbərədə təmir işlərinin aparılması ilə əlaqədardır. Əgər belə olarsa, bizim sənətkarlarımız bu zəmində istənilən formada yardım etməyə hazırdırlar. Amma, hələ ki, Azərbaycan tərəfindən məsələ ilə bağlı bizə ətraflı məlumat daxil olmayıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Səhər telekanalının fəaliyyətləri barədə də deyib: Səhər kanalı və onun azəri redaksiyası ilə bağlı deməliyəm ki, bu telekanal İran və Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində son dərəcə önəmli rola malik olub. Səhər kanalının Azərbaycan dilində verilişlər yayımlayan bölməsində hazırlanan verilişlər iki ölkə xalqları arasında qonşuluq münasibətlərinin genişləndirilməsində də təsirli rol oynayır. Biz daim Səhər kanalının əməkdaşlığı ilə bu məsələlər haqda danışıqlar aparır, bu yolda çəkdikləri zəhmətə görə, Səhər kanalının əməkdaşlarına səmimi formada təşəkkür edir və onları alqışlayıram. Ümidvaram bu telekanal bundan sonra da daha aktiv formada fəaliyyətini davam etdirsin və öz uğurlu fəaliyyəti ilə iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirsin.
İraqçı İranın Bakıdakı səfiri Möhsün Pakayinin Səhər kanalı ilə bağlı söylədiklərini və onların Səhər kanalı ilə bağlı son müsbət dəyərləndirmələrini xatırladaraq deyib: Bakıdakı səfirimiz əslində bir media səfiri də sayılır. Çünki, Bakıda fəaliyyətə başladığı dövrdən iki ölkə əlaqələrinin inkişafında o da təsirli rola malik olub. Biz daim onunla əlaqə saxlayır və onun vasitəsilə Azərbaycan rəsmilərinin Səhər kanalı ilə bağlı xoşməramlılıqlarından agah oluruq ki, bu da yenə də Səhər kanalının əməkdaşlarının uğurlu fəaliyyətinin nişanəsidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu