
İran Atom Enerjisi Təşkilatının sədri Nətənz obyektində yeni sentrifuqaların yerləşdiriləcəyini bildirərək deyib: Sentrifuqaların sayı 180-dən yuxarıdır və tədrici şəkildə quraşdırılacaq.
Firidun Abbasi Dəvani şənbə günü İranın Nüvə Sənayesi üzrə müdirlərin illik 2-ci iclasının kənarında deyib: Sənədləri öz yerində saxlaya bilməyən Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatının informasiya və təhlükəsizlik qurumlarının təhlükəsiz olmadığına görə, İR2M tipli 180 sentrifuqanın Nətənz obyektində quraşdırılması xəbəri xarici medialara təqdim olundu.
Bu məsələnin yekunlaşmayana qədər xəbərinin elan olunmasının qərara alınmadığını bildirən Abbasi deyib: Əlbəttə bu gizli məsələ deyildi və MAQATE-nin həmişə iştirakı olub və İranın fəaliyyətlərinə nəzarət edir.
İran prezidentinin müavini xatırladıb: Hal-hazırda təxminən 12 obyektin 20%-lik yanacağı istehsal olunub. Onun yarısı Tehran Tədqiqat Reaktoru, yarısı isə İsfahanda saxlanılır. Reaktora ehtiyac duyulduğu zaman ora veriləcək.
İranda 3,5%-lik və 20%-lik zənginləşdirmənin həyata keçirildiyini xatırladan Abbasi söyləyib: 20%-lik uran Tehran Tədqiqat Reaktorunda istifadə ediləcək urandır. İran ehtiyac duyduğu qədər istehsal edib və istehsalını davam etdirəcək.
İran prezidentinin müavini əlavə edib: Xarici mediaların bildirdiyi kimi, İran öz 20%-lik uranının bir hissəsini U308 tipli 20%-ə çevirib ki, Tehran Tədqiqat Reaktorunda istifadə olunsun.
İranda 20%-lik uranın zənginləşdirilməsinin səbəbinin İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalar olduğunu bildirən Abbasi deyib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti ilə öz yanacağını müraciət edən ölkəyə verməyə hazırdır.
İranın Atom Enerjisi Təşkilatının sədri İranın yeni nüvə fəaliyyətləri, o cümlədən Ərak Tədqiqat Reaktoru və yeni sentrifuqaların yerləşdirilməsi barəsində qərb rəsmilərinin açıqlamalarına reaksiya verərək deyib: Onlar öz dözümlülüklərini artırsınlar və bir ölkə texniki yolu davam etdirirsə, onunla əməkdaşlıq yollarını araşdırmalıdırlar.