DünyaİranXƏBƏRLƏR

İran prezidenti bayramı kimsəsiz uşaqlarla qarşıladı

İran prezidenti yeni ilin təhvilindən bir neçə saat öncə kimsəsiz uşaqların saxlanıldığı mərkəzlərdən birində olaraq səmimi və mehriban atmosferdə azyaşlı uşaqlarla görüşübdür.
Mahmud Əhmədinejad bu gün günortadan qabaq pak və məsumluqla dolu bir atmosferə malik olan Kərəc şəhərindəki Həzrət Fatimə (s.ə) adına xeyriyyə kompleksində bayram görüşü tədbirində iştirak edərək bu kompleksdə saxlanılan kimsəsiz azyaşlı uşaqları nəvaziş edib.

Ölkə prezidentinin həyat yoldaşını da iştirak etdiyi bu bayram görüşündə Əhmədinejad kompleksdəki uşaqların “Həft sin” süfrəsi kənarında oturaraq uşaqları ünsiyyətdə olub və şirnilər və quru bayram meyvələri ilə onlara qonaqpərvərlik edib.

Ölkə prezidenti habelə bu kompleksin uşaqlarına bayramlıq oyuncaqlar hədiyyə edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu