İraqlı alimlərin terrorçular tərəfindən terror edilməsi ABŞ-Sionist rejimin fitnəsidir. Bu planı quranlar İraqın inkişafını əngəlləmək istəyirlər.
Livanın Əl-Məyadin telekanalı ilə müsahibədə bu fikri səsləndirən Suriyanın prezidenti Bəşşar Əsəd amerikan rəsmilərin İraq müharibəsi dönəmində bu ölkə alimlərinin Suriyaya daxil olmalarına dair irəli sürdükləri təklifə işarə edərək deyib: Rəsmi Dəməşq o zaman ABŞ-Sionist rejimin bu uydurmasına aldanmadı və iraqlı alimlərin Suriyanın dövlət universitetlərinə gəlmələrini müsbət qarşıladı.
İraqın işğalçılar tərəfindən işğal edilməsindən sonra yüzlərlə iraqlı alimin terrorçuların sui-qəsdinə məruz qalmasından təəssüfləndiyini qeyd edən Suriyanın dövlət başçısı əlavə olaraq deyib: Terrorçuların iraqlı alimləri sui-qəsdə məruz etməkdə əsas məqsədi bu ölkənin elmi fəaliyyətlərini əngəlləməkdir.