Sionist rejim məhbəslərindən iyirmi altı fələstinli əsir azad edilib.
Bu iyirmi altı fələstinli əsir dünən gecə sionist rejimlə Fələstin Muxtariyyəti arasındakı razılaşma əsasında bu rejim məhbəslərindən azad edilib.
Fələstinlilərlə İsrail rejimi arasındakı razılaşmaya əsasən, sionist rejimin 1993-cü ildə bu rejimlə Fələstin Azadlıq Təşkilatı arasında Oslo razılaşmasının imzalanmasından qabaq həbs etdiyi bütün fələstinli əsirlər, yəni yüz dörd əsir azad edilməli idi.
Fələstin Muxtariyyətinin başçısı- Mahmud Abbas fələstinli əsirlərin qarşılanması mərasimində deyib: Nə qədər ki, bütün fələstinli əsirlər İsrail rejimi məhbəslərindən azad edilməyib və evlərinə qayıtmayıblar, İsrail rejimi ilə heç bir razılaşma qətiləşməyəcəkdir.
Hal-hazırda təqribən beş min fələstinli sionist rejim məhbəslərində həbsdədir.