İranXƏBƏRLƏR

ABŞ diplomatiyası Direktorlar Şurasında məğlubiyyətə uğradı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin plan və büdcəsi barədə Direktorlar Şurasının sıx müzakirələrinin uğursuz qalması ilə agentliyin büdcəsi ilk dəfə olaraq, qəbul olunmayıbdır.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və nümayəndəsi- Əli Əsğər Soltaniyyə Vyanada İRİB müxbiri ilə müsahibədə deyib: Direktorlar Şurasının iclası bir neçə gün agentliyin plan və büdcəsini nəzərdən keçirdi və sıx müzakirələr uğursuz qaldı və agentliyin büdcəsi inkişafda olan ölkələr və 77-lər qrupunun Amerika və bir neçə qərb ölkəsinin istəyi ilə vahid şəkildə müxalifətinə görə, ilk dəfə olaraq, Direktorlar Şurasında qəbul edilmədi.

Soltaniyyə deyib: Bu, Amerika ilə bir neçə qərb ölkəsinə son dərəcə mühüm bir müraciət idi ki, üzvlərin əksəriyyətinin istəklərini qəbul etməlidirlər.

O, əlavə edib: Bu iclasda İran İslam Respublikası və Ərəb Liqası Amerikanın Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi üzrə konfransı birtərəfli şəkildə təxirə salmasını da kəskin tərzdə tənqid edərək, Amerikanın bu hərəkətini NPT müahidəsinə qarşı böyük bir zərbə adlndırıb və hətta Avropa Birliyi də bu konfransın təxirə salınmasından təəssüf ifadə etməyə məcbur olub, buna görə, bu məsələ də Amerikanın Direktorlar Şurasında diplomatik təcridinə səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu