İranda ” təmiz hava ” həftəsi ilə eyni zamanda İranda istehsal edilən ilk elektrik avtomobilin Tehranda təqdimat mərasimi keçirilib.
İran qəzetinin verdiyi məlumata görə, ” Qədir -11 ” adlı elektrik avtomobilinin istehsalçısı Məsud İrşadi İranın ətraf mühiti mühafizə təşkilatının məsul şəxslərinin iştirakı ilə keçirilən təqdimat mərasimində deyib : Bu avtomobil bütün detalları ilə tam şəkildə İranda istehsal edilibdir.
İrşadi deyib : Bu avtomobil daxili yanacaq yandıran muhərəkə malik deyil , buna görə də ətraf mühiti çirkləndirmir.
İranda ilk elektrik avtomobilin istehsalçısı həmçinin deyib : Bu avtomobilin batareyası rahatlıqla 220 voltluq elektriklə şarj edilir və hər dəfə şarjın xərci isə yalnız 3 min rial , təqribən 10 sentdir.